CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbli sürücünü çaşdırıb, qəzaya səbəb oldu - VİDEO

Abunə olmaq
"Düşünürəm ki, bu sosial çarxlara baxan hər bir sürücü nəticə çıxaracaq və daha bir həyat xilas olacaq"

BAKI, 17 fevral — Sputnik. Dövlət Yol Polisi sosial video-çarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri sükan arxasında diqqətli olmağa təşviq etmək, qəzaların qarşısını almaqdır. Videoda gənc ailə təsvir olunub. Yeni dünyaya gələcək övladlarının sevincini yaşayan cütlük avtomobildə hərəkət edir. Bu zaman sürücü öz sevincini bölüşmək üçün tez-tez arxa oturacaqda əyləşmiş hamilə xanımına baxır, onunla söhbət edir. Nəticədə yolu keçmək istəyən digər piyadanı görmür. Qəza baş verəndən sonra isə özü, həyat yoldaşı və piyada həyatını itirir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a bildirib ki, son aylarda baş verən qəzaların 80 faizi sükan arxasında sürücü diqqətsizliyi ucbatından baş verib: "Sürücülər sükan arxasında diqqəti olmalı, diqqət yayındıran hallara yol verməməlidirlər. Bizim əsas məqsədimiz qəzaların qarşısını almaq, insanları bu istiqamətdə maarifləndirməkdir. Düşünürəm ki, bu sosial çarxlara baxan hər bir sürücü nəticə çıxaracaq və daha bir həyat xilas olacaq".

Xəbər lenti
0