CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekologiya postu yenə gündəmə gəldi: kompensasiya da olacaq

© Sputnik / Fuad HasanovEkologiya Postu
Ekologiya Postu - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Bir müddət öncə ölkə başçısı İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrindən başlayaraq genişləndirilməsi ilə bağlı tapşırıq verdi. Bundan sonra yolun genişləndirilməsi işlərinə başlandı. Yolun kənarında olan ağaclar köçürüldü. Hətta deyildi ki, Ekologiya Postu və Xırdalan qəbiristanlığının da bir hissəsi söküləcək. Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katib Anar Nəcəfli bildirdi ki, qəbiristanlığın sökülməsi məsələsi gündəmdə deyil.

A.Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır", - deyən A. Nəcəfli qeyd edib ki, layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələri qazılıb çıxarılıb.

Onun sözlərinə görə, sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılıb: "Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir. Analoji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılması nəzərdə tutulur. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. Bunun üçün ərazidə svay əsaslı istinad divarının inşası aparılır. Bundan başqa, daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılır".

A.Nəcəfli həmçinin əlavə edib ki, genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi nəzərdə tutulur ki, hazırda bu istiqamətdə işlər aparılır.

Qurumun sözçüsünün verdiyi məlumata görə, bundan başqa, magistral yolda hər bir istiqamət üzrə 2 hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur.

Hasarlanmış yerlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Rəhmətliklər" tamahları ilə hamını boğaza yığıblar - Haqsız işlərlə haqq dünyasına doğru

Belə ki, bundan sonra həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər: "Digər zolaqlarla hərəkətdə olan avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq. Təbii ki, görülən işlər sözügedən ərazidə avtonəqliyyatın hərəkətinin fasiləsizliyini təmin edəcək".

A.Nəcəfli vurğulayıb ki, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə magistral yolun sözügedən hissəsində əlavə geriyə dönüş yolunun inşası, magistrala Binəqədi və Biləcəri qəsəbələrindən alternativ giriş-çıxışa imkan verən mövcud yolların yenidən qurulması işləri də həyata keçiriləcək.

Xatırladaq ki, yolun genişləndirilməsi işləri çərçivəsində Ekologiya postu söküləcək və həmin ərazidə yeni post tikiləcək. Müasir standartlara cavab verən post tam olaraq tikildikdən sonra köhnənin söküntüsünə başlanacaq. Həmin ərazilərdə yenidənqurma işlərinin cari ilin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulur.

Xəbər lenti
0