Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 17 fevral — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, iclasda Milli Məclisə seçkilərlə əlaqədar daxil olan müraciətlərə baxılacaq.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Daxil olan digər müraciətlər isə baxılması üçün Dairə Seçki Komissiyalarına (DSK) geri göndərilib.