Öpüşmək olmaz: Virus filmlərdəki səhnələri vurdu

© AFP 2023 / ANTHONY WALLACEСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən ilin dekabr ayında Çin yeni virus haqda məlumat yayıb. Daha sonra koronavirusun beynəlxalq səviyyədə təhlükə olduğu üzə çıxıb.

BAKI, 16 fevral — Sputnik. Çində və Tayvanda filmlərdən öpüş səhnələri çıxarılır. Sputnik Azərbaycan xəbər verir ki,  bu haqda “The Straits Times” nəşri məlumat yayıb.

Belə bir qərarın verilməsinə səbəb dünyada sürətlə yayılan koronavirusdur. Belə ki, “Qızıl şəhər” adlı serialdan öpüş səhnələri bir saniyəyə qədər azaldılıb. Senariyə əsasən aktyorlar uzun müddətli ehtiraslı öpüş səhnəsini canlandırmalı imişlər.

“Mehriban ailə” ekran əsərinin yaradıcıları isə ictimai yerlərdə intim səhnələrdən imtina etdiklərini bildiriblər. Bundan başqa, bütün layihə iştirakçılarından qoruyucu maska taxmalarını rica ediblər.

Qeyd edək ki, ötən ilin dekabr ayında Çin yeni virus haqda məlumat yayıb. Daha sonra koronavirusun beynəlxalq səviyyədə təhlükə olduğu üzə çıxıb.

Xəbər lenti
0