CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İpəkdən xarüqələr yaradan qadın - Azərbaycanın gəlini rəsm əsərlərinə yeni nəfəs verir

© Sputnik / Nigar IskanderovaLentlə bəzək
Lentlə bəzək  - Sputnik Azərbaycan
Abunə olmaq
Həmsöhbətimiz ilk görünüşdən qobelen üslubunu xatırladan bu üsulla çox fərqli və bənzərsiz nümunələr yaradır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 fevral — Sputnik. Həyat yoldaşı azərbaycanlı olan Olqa İbrahimova Azərbaycanda doğulmayıb. Amma artıq 34 ildir ki, Azərbaycanda yaşayır. Onların 3 övladı var. Olqa xanımın həyat yoldaşı kitab biznesi ilə məşğuldur.

O.İbrahimova burada həm pedaqoq kimi çalışır, həm də boş vaxtlarında lentlərlə rəsm əsərlərinə yeni bir nəfəs verir. Həmsöhbətimiz ilk görünüşdən qobelen üslubunu xatırladan bu üsulla çox fərqli və bənzərsiz nümunələr yaradır.

O.İbrahimova bu işin incəlikləri haqda Sputnik Azərbaycan-a danışır: "58 yaşım var, rus dili və ədəbiyyatı fənnini tədris edirəm. Bu işə gəldikdə isə hər zaman incəsənətə böyük marağım olub. Artıq 5 ildir ki, içimdə olan istəkləri izhar etməyə çalışıram".

© Sputnik / Nigar IskanderovaLentlərlə rəsm əsərləri yaradan Olqa İbrahimovanın əl işləri
İpəkdən xarüqələr yaradan qadın - Azərbaycanın gəlini rəsm əsərlərinə yeni nəfəs verir - Sputnik Azərbaycan
Lentlərlə rəsm əsərləri yaradan Olqa İbrahimovanın əl işləri

Olqa xanım hələlik bu əl işlərindən heç bir gəlir əldə etmədiyini vurğulayır: "Düzdür, hərdən hədiyyəlik sifarişlərim olur. Amma ümumi olaraq, demək olar ki, bu işlərdən heç bir gəlir əldə etmirəm. Buna baxmayaraq, yəni alıcılığın olmaması işimə olan sevgimi azaltmır, ruhumu öldürmür. Bu iş mənim hobbimdir, ona ürəyimi qoyuram".

"Özüm üçün maraqlı, rəngarəng müxtəlif əl işlərinin rəsmini çıxararaq üzərində lentlərlə işləmələr edirəm. İpəkdən olan bu lentləri isə Rusiyadan, ya da Ukraynadan alıram. Çünki 2-3 millimetrlik ipəkdən olan bu lentlərdən Bakıda yoxdur. Bu materialların əldə olunması üçün xeyli vəsait xərcləyirəm", - deyə O.İbrahimova əlavə edir.

© Sputnik / Nigar IskanderovaLentlərlə rəsm əsərləri yaradan Olqa İbrahimovanın əl işi
İpəkdən xarüqələr yaradan qadın - Azərbaycanın gəlini rəsm əsərlərinə yeni nəfəs verir - Sputnik Azərbaycan
Lentlərlə rəsm əsərləri yaradan Olqa İbrahimovanın əl işi

Onun sözlərinə görə, bir işin ərsəyə gəlməsi üçün 2 həftəyədək zaman sərf edir: "Xammal olaraq mənə 50 manata başa gələn bu işləri hazırlandıqdan sonra təxminən 100 manata satışa qoyuram".

Bu işi özünün internetdən öyrəndiyini deyən Olqa xanım biliyini, işini daha da təkmilləşdirmək üçün axtarışlarını davam etdirir.

Uzun illər öncə Azərbaycana gəlin köçən Olqa xanım yaşadığı ölkənin dilini bilməsə də, burada ona heç vaxt pis, yad münasibətin olmadığını söyləyir.

Xəbər lenti
0