Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Çindən Bakıya qayıdan iki nəfərdə yüksək hərarət aşkarlandı

© REUTERS / AMANDA PEROBELLIСитуация в связи с эпидемиологической обстановкой в Бразилии
Ситуация в связи с эпидемиологической обстановкой в Бразилии - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda onlar klinikadadırlar və həkimlər tərəfindən müayinə edilirlər. Onlar karantin bitənədək həkim nəzarəti altında olacaqlar.

BAKI, 16 fevral - Sputnik. Dünən Türkiyənin paytaxtı Ankaradan Bakıya gəlmiş 6 Azərbaycan vətəndaşından 2-sində yüksək temperatur aşkarlanıb.

Etibarlı mənbələrdən “Report”a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında yüksək temperatur aşkarlanan Azərbaycan vətəndaşları 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Hazırda onlar klinikadadırlar və həkimlər tərəfindən müayinə edilirlər. Onlar karantin bitənədək həkim nəzarəti altında olacaqlar.

Ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlayıb.

Xatırladaq ki, fevralın 1-də koronavirusun yayılma ocağı olan Çinin Uhan şəhərindən Türkiyə ordusuna məxsus təyyarə ilə həmin ölkə vətəndaşları ilə yanaşı, əksəriyyəti tələbələr olan 6 Azərbaycan vətəndaşı da təxliyə edilib.

Xəbər lenti
0