CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni həftə yaz havası ilə başlamayacaq

© Sputnik / Murad OrujovДождливая погода в Баку, фото из архива
Дождливая погода в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% olacaq. 

BAKI, 16 fevral - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-10° isti, Bakıda  gecə 3-5° isti, gündüz  8-10° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 775 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 80-90%, gündüz  60-70% olacaq. 

Yanvarın 17-də Azərbaycanın rayonlarında havanın arabir  yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 3° şaxtadan 2°-dək  isti, gündüz  5-10°  isti,  dağlarda gecə 5-10° şaxta, gündüz  0-5° şaxta olacaq.

Xəbər lenti
0