BAKI, 15 fevral — Sputnik. Azərbaycanın Xalq artisti Brilliant Dadaşova Sevgililər Günü ilə bağlı maraqlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, müğənni “Valentin günü”nün əsl mahiyyətinin pul qazanmaq olduğunu iddia edib. O bu haqda öz "Instagram" hesabında yazıb: "Dünən təbrik üçün gözü yolda qalan dostlara demək istəyirəm ki, fikir eləməyin. Dünənki bayram keşişin – Valentinin xeyir-dua verib xoşbəxtliyə qovuşdurduğu, marketinqçilərin isə hədiyyə satmaq üçün cəmiyyətə bəxş etdiyi sıradan bir gündür".
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, 14 fevral - "Valentin günü" adı altında qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan "Luperkalia" bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilib.