CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özlərini selə verməkdən qurtulurlar, iyirmi min insan üçün körpü tikilir

© Sputnik / Ilham AhmadovBayramkoxa kəndində təmir işləri
Bayramkoxa kəndində təmir işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Bum körpüsünün istifadəyə verilməsi ilə 20 mindən artıq sakinin rayon mərkəzinə gediş-gəlişini asanlaşdıracağı, eyni zamanda kənd turizminin inkişafına səbəb olacağı güman edilir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. Qəbələnin bir neçə kəndi vardı ki, yolun bərbad olması, çay üzərində körpünün yoxluğu ucbatından sakinləri rayon mərkəzinə gəlmək üçün 35 kilometrədək artıq yol qət edirdilər. Ən pis vəziyyət isə kiminsə xəstəsi olanda yaranırdı - nə təcili yardım maşını kəndə çatır, nə də kənddən xəstəxanaya getmək olurdu.

Sputnik Azərbaycan bildirir ki, illərlə edilən şikayətlər nəhayət bəhrəsini verdi. İyirmi min insanın məskunlaşdığı 11 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində, Bum çayı üzərində yeni körpünün tikintisinə başlanılıb, həmçinin Bum qəsəbəsinə gedən iki kilometrlik avtomobil yolunun bərpası da nəzərdə tutulur. Bu kəndlərin sakinləri Bum çayını məcburən yük maşınlarından istifadə edərək keçməli olurdular. Sel gəldikdə isə sadəcə dünya ilə əlaqələri kəsilirdi.

© Sputnik / Ilham AhmadovQəbələdə Bum çayı üzərində yeni körpünün tikintisi
Özlərini selə verməkdən qurtulurlar, iyirmi min insan üçün körpü tikilir - Sputnik Azərbaycan
Qəbələdə Bum çayı üzərində yeni körpünün tikintisi

Tikilən körpüdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamətdə piyada səkilərinin qurulması da nəzərdə tutulur. Tikanlı kənd sakini Dursun Bayramov körpü tikintisi ilə bağlı fikirlərini bizimlə bölüşdü: "Bu gün həqiqi mənada desək, bizə toy-bayramdır. Neçə ildir, həsrətini intizarla çəkdiyimiz körpünün inşası başladı. İndiyə kimi biz rayon mərkəzinə çatmaq üçün əlavə 30 kilometr yol qət edirdik. Həm vaxtımız gedirdi, həm də, açığı, ailə büdcəmizə zərər vururdu. İndi isə o yol qısalıb olacaq cəmi 9 kilometr. Xəstələrimizi həkimlərə daha tez çatdıra biləcəyik. Əkib-becərdiyimizi rayon bazarına çıxarmaq daha asan, sərfəli olacaq. Çaya sel gələndə bir maşın suya girə bilmirdi, hətta piyadalar üst geyimlərini soyunub selə-suya düşürdülər".

© Sputnik / Ilham AhmadovQəbələdə Bum çayı üzərində yeni körpünün tikintisi
Özlərini selə verməkdən qurtulurlar, iyirmi min insan üçün körpü tikilir - Sputnik Azərbaycan
Qəbələdə Bum çayı üzərində yeni körpünün tikintisi

Hal-hazırda körpünün tikintisi sürətlə davam edir. Artıq 3 dayaqda beton işləri başa çatmaq üzrədir, digər dayaqlarda isə svay-qazma işləri aparılır. Tikinti üzrə sahə rəisi Samir Həsənli işlə bağlı prosesi belə nəql edir: "Körpünün uzunluğu 310, hərəkət hissəsinin eni 6,5, ümumi eni isə 9 metrdir. Körpü 12 aşırımdan, 13 dayaqdan ibarətdir. Artıq üç dayağın tikintisi gedir, digər dayaqlarda svay-qazma işləri aparılır".

Bum körpüsünün istifadəyə verilməsi ilə 20 mindən artıq sakinin rayon mərkəzinə gediş-gəlişini asanlaşdıracağı, eyni zamanda kənd turizminin inkişafına səbəb olacağı güman edilir.

Xəbər lenti
0