CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Fərqli Fərdlər” konqresində beynəlxalq ekspertlər danışdı

© © Ferqli Ferdler“Fərqli Fərdlər” konqresi
“Fərqli Fərdlər” konqresi - Sputnik Azərbaycan
Abunə olmaq
Beş paneldən ibarət tədbir “Autizm spektr pozuntusu” (ASP) mövzusunu əhatə edir. Tədbirdə yerli mütəxəssislərlə yanaşı Rusiya, ABŞ və Böyük Britaniyadan olan mütəxəssislər də çıxış ediblər

BAKI, 15 fevral — Sputnik. Bu gün Heydər Əliyev Mərkəzində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunmuş 2-ci “Fərqli Fərdlər” konqresi öz işinə başlayıb. Sputnik Azərbaycan-ın informasiya dəstəyi olduğu tədbir “Autizm spektr pozuntusu” (ASP) mövzusunu əhatə edir.

Больница, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır

Beş paneldən ibarət tədbirdə öncə “Bilmək və qəbul etmək” panelində eşitmə qabiliyyəti zəif olan autizmli şəxslər üçün surdo-tərcümə xidmətlərindən danışılıb. Rusiyalı ekspert-moderator, “Konsepsiya” elmi mərkəzinin psixoloqu, autizmli uşağın valideyni Arina Lipkina “ASP diaqnozlu uşaqların valideynləri üçün psixoterapiya: psixoloji yardım və tövsiyələr” mövzusunda çıxış edib.  Daha sonra ekspert kliniki psixoloq, “Açıq ürəklər” fondunun eksperti, uşaqların inkişafı və psixi sağlamlığı üzrə mütəxəssis Tatyana Morozova “ASP-li uşaqlar üçün effektivliyi sübut olunmuş hərtərəfli qayğı proqramı: “Açıq ürəklər” fondunun təcrübə proqramından bəhs edən mövzu ilə çıxış edib.

Tədbirdə ekspert, uşaq nevroloqu Svyotaslav Dovbnya “ASP-li uşaqlar üçün Effektivliyi sübut olunmuş hərtərəfli qayğı proqramı: “Açıq ürəklər” fondunun təcrübə proqramı barədə danışıb.

Sual-cavab sessiyasından sonra “Fərqli Həyat” panelində rusiyalı, “Fərqli Fərdlər” konqresinin prodüseri, ASP-li uşaqlara dəstək mərkəzinin rəhbəri, autizmli Antonina Steynberq, Moskva Dövlət Universitetinin böyük elmi işçisi autizmli Aleksey Voskov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əlaqələr şöbəsinin müdir müavini, autizmlu uşağın valideyni Elnarə Ənsari, autizmli uşaqlar Orxan Məstəliyev, Ayşə Məmmədli çıxış ediblər. “İnklüziya və İnteqrasiya” Paneli autizmli uşaq Ayşə Məmmədlinin ssenarisi əsasında səhnələşdirilən “Zaman maşını” tamaşasından bir hissə ilə başlayıb.

© © Ferqli FerdlerBakıda keçirilən “Fərqli Fərdlər” konqresi
“Fərqli Fərdlər” konqresində beynəlxalq ekspertlər danışdı - Sputnik Azərbaycan
Bakıda keçirilən “Fərqli Fərdlər” konqresi

Panelin eksperti və moderatoru qismində “United Aid For Azerbaijan” təşkilatının təsisçisi Qven Börçel (Böyük Britaniya) “İnklüziya: nəzəriyyədən təcrübəyə” mövzusu ilə çıxış edib. Ekspertlər sırasında Azərbaycanın Beynəlxalq Məktəbinin (TISA) məsləhətçisi, disleksiya diaqnozlu, autizmli uşağın anası Sara Borqerdinq  “Müasir cəmiyyətdə populyar olan neyromüxtəliflik təmayülü”, “İmdad Konsaltinq” şirkətinin təsisçisi və “El kids Baku” proqramının təlimçisinin köməkçisi İmdat Atamov (Azərbaycan) və 11 saylı xüsusi təhsil müəssisəsinin müəllimi, “Ümid var” könüllülər təşkilatının rəhbəri Nazilə Məhərrəmova “İnklüziv cəmiyyət üçün hər kəs bir addım atsın” mövzusu ilə çıxış ediblər.

Autizm diaqnozlu insanlar üçün əlçatan mühitə həsr olunmuş “Hər kəs üçün əlçatan dünya” adlı paneli Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov, ƏSA Teatrının direktoru Nihad Qulamzadə - "İnklüziv cəmiyyətə doğru - ƏSA"; Azərbaycan Milli İncəsənət Muzeyinin arxeoloji saxsı və farfor fondunun müdiri Fidan Muradəliyeva - “İnklüziv bədii təhsildə pedaqoqun rolu” mövzusunda çıxışı və Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə işləri üzrə direktor müavini Afaq Nəsibovanın iştirakı ilə baş tutub.

© “Fərqli Fərdlər” konqresiBakıda keçirilən “Fərqli Fərdlər” konqresi
“Fərqli Fərdlər” konqresində beynəlxalq ekspertlər danışdı - Sputnik Azərbaycan
Bakıda keçirilən “Fərqli Fərdlər” konqresi

Konqresin ilk iş günü “Ailə. Həyatın başlanğıcı” adlı paneldə ABŞ-ın Ohayo Dövlət Universitetinin fəxri professoru Uilyam Hyuardın (ABŞ) “Ailədə davranış qaydaları” mövzusunda çıxışı və “Edutainment.az” təhsil platformasının və “Business Woman of Azerbaijan” təşkilatının təsisçisi Tatyana Mikayılovayla biznes dialoq ilə yekunlaşdırıb.

İki gün davam edəcək  tədbir çərçivəsində fevralın 16-da xarici mütəxəssislərin iştirakı ilə ilk dəfə olaraq “Tətbiqi Davranış Analizi” (“ABA”) mövzusunda konfrans keçiriləcək.  Tədbirin qonaqları arasında ASP-li uşaqların valideynləri, ABŞ, Böyük Britaniya, İtaliya, Rusiya, Türkiyə və Yunanıstanı təmsil edən ekspertlər, pedaqoq və metodistlər, psixoloq və psixoterapevtlər yer alacaqlar. Konqresin prodüseri Asperger sindromlu və autizmli şəxslərin dəstəyinə həsr olunmuş layihənin rəhbəri Antonina Steynberqdir. Konqresin məqsədi autizmdən əziyyət çəkən uşaqların inkişafı və tərbiyəsi məsələlərinə ictimaiyyətin diqqətini daha çox yönəltmək, valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq qurmaq və dövlətin tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünə dəstək verməkdir.

© © Ferqli FerdlerBakıda keçirilən “Fərqli Fərdlər” konqresi
“Fərqli Fərdlər” konqresində beynəlxalq ekspertlər danışdı - Sputnik Azərbaycan
Bakıda keçirilən “Fərqli Fərdlər” konqresi

Qeyd edək ki, konqres Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Konqresinin tərəfdaşı qismində BP çıxış edir. Tədbir “ACE Group Consultants”, “Art Trio”, “Credo Group” və “CTS Translation” şirkətləri tərəfindən dəstəklənir. Tədbirin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və Edutainment.az təhsil strukturudur.

Xəbər lenti
0