BAKI, 15 fevral — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, saat 14:00-da başlayacaq iclasda fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə əlaqədar bəzi müraciətlərə baxılacaq.
Xatırladaq ki, fevralın 13-də MSK-da keçirilən iclas zamanı 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar müxtəlif mənbələrdən - sosial şəbəkələrdən seçicilər tərəfindən MSK-ya ünvanlanan müraciətlərin və "Qaynar xətt"ə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq 80 saylı İmişli-Beyləqan, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 33 saylı Xətai birinci seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb. Daxil olmuş digər müraciətlər də Komissiyanın iclasında geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.