CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir marşrut xətti üzrə avtobuslar yenilənir

© Baku Transport Agency"İsuzu Novociti" markalı avtobuslar
İsuzu Novociti markalı avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına 17.02.2020-ci il tarixindən veriləcək

BAKI, 15 fevral — Sputnik. Bakıda 111 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya "İsuzu Novociti" markalı avtobuslar cəlb ediləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı nəqliyyat Agentliyindən məlumat verilib.

Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub.

Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına 17.02.2020-ci il tarixindən veriləcək.

© Baku Transport AgencyBakıya gətirilən yeni "İsuzu Novociti" markalı avtobuslar
Bakıya gətirilən yeni İsuzu Novociti markalı avtobuslar - Sputnik Azərbaycan
1/3
Bakıya gətirilən yeni "İsuzu Novociti" markalı avtobuslar
© Baku Transport AgencyBakıya gətirilən yeni "İsuzu Novociti" markalı avtobuslar
Bakıya gətirilən yeni İsuzu Novociti markalı avtobuslar - Sputnik Azərbaycan
2/3

3/3

Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Xəbər lenti
0