BAKI, 15 fevral — Sputnik. Birləşmiş Ştatların Yaxın Şərq regionunda fəaliyyəti sabitlik və təhlükəsizliyin təmin olunmasına deyil, yalnız bu ölkənin öz maraqlarının təmin olunmasına istiqamətlənib. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər naziri Van İ bildirib.
"Son onilliklər ərzində Birləşmiş Ştatlar Yaxın Şərqdə neçə müharibə başladıb? Nə qədər zərər vurub? Yaxın Şərq xalqlarına nə qədər bəla gətirdi? Bütün bunlar Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması üçün idi? ABŞ-ın yanaşması nəyinki sabitliyin və inkişafın dəstəklənməsinə yardım edir, əksinə, regionu sonsuz qarışıqlıq və yoxsulluq içərisinə salır", - deyə Van İ vurğulayıb.
Nazir vurğulayıb ki, Birləşmiş Ştatların Yaxın Şərq regionunda fəaliyyəti sabitlik və təhlükəsizliyin təmin olunmasına deyil, yalnız bu ölkənin öz maraqlarının təmin olunmasına istiqamətlənib.