Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan kölgə iqtisadiyyatını kimlər formalaşdırır - ekspert danışır

© Facebook/ Azer MehtiyevAzər Mehtiyev
Azər Mehtiyev - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Azər Mehdiyev deyir ki, Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı yalnız ümumi təsəvvürlər mövcuddur
Azər Mehdiyev: “Kölgə iqtisadiyyatı ilə bağlı suallara cavab verilmir”

2019-cu ildə Azərbaycan iqtisadiyyatının şəffaflığının artırılması və kölgə iqtisadiyyatının miqyasının azaldılması üçün ciddi addımlar atılıb. Bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

İqtisadçı ekspert Azər Mehdiyev Sputnik Azərbaycan-a deyir ki, ilk növbədə kölgə iqtisadiyyatının nə olduğu sualına cavab verilməlidir:

“Hələ də kölgə iqtisadiyyatının nə olması və necə formalaşması haqqında suallara cavab verilmir. Kölgə iqtisadiyyatı ilə bağlı ümumi təsəvvürlər mövcuddur. Mübarizə aparılarkən kölgə iqtisadiyyatının miqyası və onun təzahür formaları müəyyənləşdirilməlidir. Azərbaycanda kölgə iqtisadiyyatının yaranmasının səbəbi məmur sahibkarlığıdır. Kölgə iqtisadiyyatının aradan qaldırılması üçün mübarizə tədbirləri məmur sahibkarlığına yönəldilməlidir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0