CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərbadı abad edirlər - üç il vaxt qoyulub

© Sputnik / Irade JELILXırdalanda bərbad yollar
Xırdalanda bərbad yollar - Sputnik Azərbaycan
Abunə olmaq
Qəsəbədaxili yolların təmiri investisiya proqramına da daxil edilib. Bu proqram çərçivəsində 2020-ci il ərzində təqribən 170 kilometr qəsəbədaxili yolların təmiri nəzərdə tutulub

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. "Bu il Bakı qəsəbələrində yeni yolların çəkilişi xüsusi əhəmiyyət daşıyacaq. Keçən il biz bu işlərlə daha geniş miqyasda məşğul olmağa başlamışıq".

Bayıl-Bibiheybət-Badamdar yolunda vəziyyət, 29 yanvar 2020-ci il - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Bibiheybət yolu"nun açılacağı tarix bir az da uzandı

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da Prezident İlham Əliyev danışıb.

O qeyd edib ki, bəzi qəsəbələrdə yollar bərbad vəziyyətdədir və bu, dözülməzdir. Onun sözlərinə görə, ən ucqar dağ kəndlərinə gözəl yollar çəkilir. Amma burada - Bakının ətrafında bəzi yerlərdə yolların vəziyyəti bərbaddır: "Ona görə müvafiq göstərişlər verilib. Keçən il bu sahəyə daha böyük diqqət ayrılıb və bu il də yol çəkilişi proqramları arasında bu sahə prioritet təşkil edəcək".

Ölkə başçısı əlavə edib ki, bu il min kilometr yolun çəkilişi nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə başçısı tərəfindən quruma qəsəbələrarası yollarla yanaşı, qəsəbədaxili yolların da təmir edilməsi tapşırığı verilib. Tapşırığın icrası ilə əlaqədar tədbirlər planı da hazırlanıb. Yerlərdə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı məlum olub ki, Bakının 60 qəsəbəsi üzrə 2300 kilometr daxili küçə və yolların təmirə ehtiyacı var.

"Bu işlər çərçivəsində ötən il ərzində ümumi uzunluğu 301,5 kilometr olan qəsəbədaxili küçə və yollar təmir edilib. Bu yolların 104 kilometri investisiya vəsaitləri hesabına, 197 kilometr avtomobil yolları məqsədli büdcə fondu hesabına təmir edilib. 2019-cu ilin dekabr ayının sonunda ölkə başçısı yeni bir sərəncam verdi. Bu sərəncama əsasən Xəzər, Binəqədi, Sabunçu rayonlarının qəsəbədaxili yollarını, o cümlədən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxilini əhatə edirdi", - deyə o bildirib.

A.Nəcəflinin sözlərinə görə, sərəncama əsasən, işlərə başlanılıb. Belə ki, Xəzər rayonunda 20 kilometr, Sabunçu rayonunda 15, Binəqədidə 30, Yeni Suraxanıda 31,6 kilometr qəsəbədaxili yolların təmirinə start verilib: "Bu ilin yanvar ayında ölkə başçısının sərəncamına əsasən, Abşeron rayonunda 29,2 kilometr uzunluğunda qəsəbədaxili yolların təmirinə başlanılıb. Bununla yanaşı, Xırdalan şəhərində 10,5 kilometr, Sumqayıt şəhərində isə 21,4 kilometr yolların təmirinə başlanılıb".

Yol çəklişi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol əhvalatı: Dövlət hesabına görülən işi kələkbazlar necə biznesə çeviriblər

Qurum rəsmisi qeyd edib ki, ümumilikdə ölkə başçısının sərəncamları əsasında hal-hazırda 158 kilometrə yaxın daxili yolların təmiri aparılır.

Eyni zamanda qəsəbədaxili yolların təmiri investisiya proqramına da daxil edilib. Bu proqram çərçivəsində 2020-ci il ərzində təqribən 170 kilometr qəsəbədaxili yolların təmiri nəzərdə tutulub.

Ümumilikdə isə həm sərəncamlar, həm də investisiya proqramları çərçivəsində 330 kilometrə yaxın qəsəbədaxili küçə və yollar təmir ediləcək.

"Təbii ki, AAYDA-nın gördüyü işlər bununla yekunlaşmayacaq. Digər təmirə ehtiyacı olan qəsəbədaxili yolların təmiri aparılacaq. Ümumilikdə 2023-cü ilə qədər bütün təmirə ehtiyacı olan qəsəbədaxili küçə və yollar təmir edilərək vətəndaşların istifadəsinə veriləcək", - deyə A.Nəcəfli vurğulayıb.

Xəbər lenti
0