SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazir müavini Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü

© AR Ministry of DefenceMüdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb
Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir.

BAKI, 14 fevral — Sputnik. Fevralın 14-də Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
Müdafiə Nazirliyi: ABŞ indiyədək Azərbaycana heç bir silah satmayıb

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və dövlət sərhədindəki hazırkı vəziyyətə dair fikir mübadiləsinin aparıldığı görüşdə nazir müavini beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb.

Nazir müavini vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir.

T.Klaar da öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək bildirib ki, Avropa İttifaqı bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.

Xəbər lenti
0