BAKI, 14 fevral — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Memar Əcəmi" stansiyasında qadın qatar xəttinin üzərinə düşüb. "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb.
B.Məmmədovun sözlərinə görə, qadın polisə təhvil verilib. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil.