Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 14 fevral — Sputnik. TƏBİB Şirvanda körpə ölümünü nəzarətə götürüb. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məlumat verib.
O bildirib ki, uşağın ölüm səbəbi araşdırmalardan sonra bilinəcək. Qeyd edək ki, Şirvan şəhərində iki gün əvvəl doğulan körpə bu gün ölüb. Hacıqabul sakini, 1999-cu il təvəllüdlü Mecdinova Türkan Güləhməd qızı fevralın 12-də oğlan uşağı dünyaya gətirib. Körpənin meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.