CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ankara Çindən təxliyə olunan azərbaycanlılarla bağlı məlumatları açıqladı

© © Huseyin Avci/Turkish Ministry of Health via APМедицинский персонал возле самолета, который прилетел из Ухани, 1 февраля 2020
Медицинский персонал возле самолета, который прилетел из Ухани, 1 февраля 2020 - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-ambulans təyyarəsi Çinin Uhan şəhərindən 42 nəfəri təxliyə edib

BAKI, 14 fevral — Sputnik. Türkiyənin Çindən təxliyə etdiyi 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb. Qeyd edək ki, təxliyə olunan şəxslər siyahısında azərbaycanlılar da olub. Bu barədə Sputnik Azərbaycan "Yeni Şafak"a istinadən xəbər verir.

Məlumata əsasən, təxliyə edilənlər 14 günlük karantin müddətindən sonra evə buraxılıblar.

Qeyd edək ki, fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-ambulans təyyarəsi Çinin Uhan şəhərindən 42 nəfəri təxliyə edib. Onlardan 32-i Türkiyə, 6-sı Azərbaycan, 3-Gürcüstan, 1-i isə Albaniya vətəndaşı olub.

 

Xəbər lenti
0