BAKI, 14 fevral — Sputnik. Aprelin 21-də Bakıda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı məsələləri üzrə konfransı keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təşkilatın baş katibi Vladimir Norov Prezident İlham Əliyevlə görüşdə məlumat verib.
Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
"Üzv ölkələrin əksəriyyəti artıq bu təşəbbüsü dəstəkləyir. Düşünürəm ki, bu konfrans nəqliyyat sahəsində müvafiq qurumlar arasında sıx əlaqələrin qurulması və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün vacib meydança olacaq", - deyə baş katib qeyd edib.