ELM

Tibb Universitetində yeni ixtisaslar – Onlara ciddi ehtiyac var idi

© Sputnik / Sabina AliyevaAzərbaycan Dövlət Tibb Universiteti
Azərbaycan Dövlət Tibb Universiteti - Sputnik Azərbaycan
Abunə olmaq
"Dəyişikliyə əsasən, bakalavriat pilləsi üzrə “Fizioterapiya və tibbi reabilitasiya” və “Tibb bacısı işi”, magistratura üzrə isə “Səhiyyə menecmenti” və “Kliniki psixologiya” ixtisasları əlavə edilib" - Samir Cavadov

BAKI, 14 fevral — Sputnik. “Azərbaycan Tibb Universitetinə (ATU) bu il imtahan verən tələbələr yeni yaradılmış ixtisasları da seçə biləcəklər. 

ATU-da şəhid övladları pulsuz müayinə olunublar - Sputnik Azərbaycan
CƏMİYYƏT
ATU-da aksiya: Şəhid övladları pulsuz müayinə olundular
“Fizioterapiya və tibbi reabilitasiya” və “Tibb bacısı işi” ixtisaslarının hər biri üzrə 30 yer, “Səhiyyə menecmenti” və “Kliniki psixologiya” ixtisasları üzrə 15 yer planlaşdırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə,  Azərbaycan Tibb Universitetinin (ATU) tədris şöbəsinin müdiri Samir Cavadov deyib ki, Nazirlər Kabinetinin qərarı ilə bakalavriat, eləcə də ali tibb təhsili səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilərək, yeni ixtisaslar əlavə edilib. Dəyişikliyə əsasən, bakalavriat pilləsi üzrə “Fizioterapiya və tibbi reabilitasiya” və “Tibb bacısı işi”, magistratura üzrə isə “Səhiyyə menecmenti” və “Kliniki psixologiya” ixtisasları əlavə edilib: “Son zamanlarda səhiyyə sahəsində də geniş islahatlar aparılır”.

O bildirib ki, dünyada bu ixtisaslar mövcud olsa da, Azərbaycanda bu ixtisasların alternativi yox idi: "Məsələn, “Fizioterapiya və tibbi reabilitasiya” mütəxəssisləri Azərbaycan Tibb Universitetindən, yaxud digər tibb müəssisələrindən məzun olan həkimlər idi. Lakin həkimlər həmin ixtisas üzrə mütəxəssisləri tam olaraq əvəzləyə bilmirlər. Səbəb də odur ki, həkimlər o sahə üzrə daha çox müalicə-planlama işi ilə məşğuldurlar və müalicəni tətbiq etmək tibb bacılarının, yaxud o sahə üzrə mütəxəssisləşmiş digər orta tibb işçilərinin üzərinə düşürdü. Eyni zamanda ölkə Prezidentinin “2019-2023-cü illərdə ali təhsil müəssisələrində rəqabətliliyin artırılması” ilə bağlı sərəncamına əsasən, dünyada mövcud olan ixtisaslara uyğunluğu təmin etmək üçün bu ixtisaslara zərurət yaranırdı. Buna görə ATU rəhbərliyi aparılan islahatlar çərçivəsində bu ixtisasların yaradılması qərarlaşdırıldı və artıq bu ixtisaslar təsdiqlənib”.

S.Cavadov həmçinin “Tibb bacısı işi”nin Azərbaycanda bakalavriat səviyyəsində yeni ixtisas olduğunu vurğulayıb: “Orta tibb təhsili müəssisələrində bu ixtisas üzrə iki illik proqram var idi. Dünyada da tibb bacısı ixtisası iki illik təhsil şəklində fəaliyyətə başlamışdı, sonradan isə onların ali təhsil almaq zərurəti yarandı. Bakalavr təhsili zamanı “Tibb bacısı” ixtisasını öyrənənlər daha çox komanda şəklində işləmək bacarığı qazanırlar. Həkimlər əsasən diaqnozun qoyulması, müalicənin planlaması və xəstələrin müalicələrinin gedişi ilə məşğuldurlar. Lakin müalicənin aparılması tibb bacılarına həvalə olunur. Dörd illik təhsildə daha çox onların baza təhsili ilə yanaşı, peşə bacarıqlarının artırılması yönümündə bir çox fənlər tədris ediləcək".

ATU-nun professorundan həyəcan təbili: Nevroloji uşaqlara ciddi yanaşmırlar

"Eyni zamanda bu ixtisas üzrə məzunların ixtisaslaşması aparılacaq, hər bir sahə üzrə “neyrocərrahiyyədə tibb bacısı”, “cərrahiyyədə tibb bacısı”, “pediatriyada tibb bacısı” kimi ixtisaslaşmalar həyata keçiriləcək. Təəssüf ki, hələ bizdə bu ixtisaslaşmalar yoxdur. Tibb bacısı bakalavriat təhsili olduğuna görə, bu ixtisası bitirənlər sonradan magistratura təhsili də ala bilərlər, eyni zamanda doktorantura-dissertantura üzrə təhsillərini davam etdirərək elmi-tədqiqat işləri ilə də məşğul ola bilərlər ki, bu da Azərbaycan tibbində yeni bir çağın başlanğıcı olacaq”, - deyə o əlavə edib.

Nazirlər Kabineti - Sputnik Azərbaycan
ELM
Abituriyentlərə mühüm xəbər - Beş ixtisas ləğv edildi

S.Cavadov bu ixtisasların gələcək taleyi ilə bağlı olaraq isə bunları söyləyib: “Bu ixtisasların gələcək taleyi barədə danışmaq tezdir. İndiyə qədər məzun olanlar öz işlərini tibb bacısı ixtisası üzrə davam edəcəklər. Orta tibb təhsili müəssisələrinin məzunları arzuladıqları təqdirdə tibb bacısı ixtisası üzrə bakalavr təhsili ala biləcəklər. Texnikumu bitirənlər “Subbakalavr təhsili olanların ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olunması qaydaları” daxilində təhsillərini davam etdirə bilərlər".

"Tələbələr iki il aldığı təhsildən əlavə yenidən dörd il təhsil alacaq, lakin bu təhsil zamanı əvvəl öyrəndiyi bir çox fənlərlə uyğunluq varsa, həmin fənləri ali təhsil müəssisəsində öyrənməyə bilər. “2019-2023-cü illərdə ali təhsil müəssisələrində rəqabətliliyin artırılması” ilə bağlı sərəncama uyğun olaraq hazırkı proqramlar dünyada mövcud olan ali təhsil müəssisələrinin proqramlarına uyğunlaşdırılacaq. Bu sahədə işlər artıq yekunlaşmaq üzrədir. Eləcə də dərs vəsaitləri dünyada mövcud olan proqramlar üzrə hazırlanacaq”, - deyə o əlavə edib.

Xəbər lenti
0