CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixi silməyə nə var ki, ünvanı dəyiş, vəssalam - FOTO

© Sputnik / Ilham AhmadovYarı dağılı vəziyyətdə olan tikili
Yarı dağılı vəziyyətdə olan tikili  - Sputnik Azərbaycan
Abunə olmaq
"Qərargah rəisi, polkovnik Rüşdi bəyin raportlarında Göyçayda, bu evin ətrafında baş verən bütün hadisələr dəqiqə və saatına qədər hamısı qeyd olunub" - Fariz Xəlilli

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Bir müddətdir, sosial şəbəkələrdə Göyçay rayonunun Nərimanov küçəsi 48 ünvanında yerləşən, yarıuçuq vəziyyətdə olan tikili haqqında müxtəlif məlumatlar dərc olunur. Bildirilir ki, tikili Osmanlı generalı Nuru paşanın qərargahı olub, tarixi abidədir və baxımsızlıq ucbatından məhv olur.

Əli-ayağı ziyarətgahı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ləpiri öpüb, sağalmağa ümid edirlər – O ziyarətgahın hesabına yüzlərlə adam dəfn edilib

Göyçay rayon Şəhər İnzibati Ərazi nümayəndəliyinin rəisi Rəşad Şükürov isə Sputnik Azərbaycan-a uçulan binanın tam başqa bir məkan olduğunu və sadəcə olaraq Nuru paşanın keçmişdə qərargahı olmuş binanın yaxınlığında yerləşdiyindən sosial şəbəkələrdə belə əsassız məlumatların yayıldığını bildirib. Onun sözlərinə görə, hələ keçən il Türkiyədən gəlmiş qonaqlara Nuru paşanın qərargah kimi istifadə etdiyi məkan təqdim olunub. R.Şükürov bildirir ki, Nuru paşaya aid olan tarixi məkan Nərimanov küçəsi 48 ünvanında yerləşir və rayonda fəaliyyət göstərən sahibkar tərəfindən həmin ərazi özəlləşdirilib: "Vaxtilə Qafqaz İslam Ordusunun qərargahının yerləşdiyi binanın bir hissəsində hazırda yaşayış var, bir hissəsi çay evi kimi fəaliyyət göstərir. Onu da qeyd edim ki, Azərbaycanın tanınmış generallarından olan Sadıqbəy İsmayıl oğlu Ağabəyzadə də bu binada doğulub. Binanın divarındakı barelyefdə bu barədə məlumat qeyd olunub. Uçulub-dağılan bina isə yaxınlıqda yerləşir, vaxtilə bir hissəsində yaşayış olub, qəzalı olduğundan insanları oradan köçürüblər. Göyçay Korlar Cəmiyyətinin idarəsi də uçan binada yerləşib".

© Sputnik / Ilham Ahmadov
Göyçay rayonunun Nərimanov küçəsi 48 ünvanında yerləşən, yarıdağılı vəziyyətdə olan tikili  - Sputnik Azərbaycan
1/3
Göyçay rayonunun Nərimanov küçəsi 48 ünvanında yerləşən, yarıdağılı vəziyyətdə olan tikili
© Sputnik / Ilham Ahmadov
Göyçay rayonunun Nərimanov küçəsi 48 ünvanında yerləşən, yarıdağılı vəziyyətdə olan tikili  - Sputnik Azərbaycan
2/3
Göyçay rayonunun Nərimanov küçəsi 48 ünvanında yerləşən, yarıdağılı vəziyyətdə olan tikili
© Sputnik / Ilham Ahmadov
Göyçay rayonunun Nərimanov küçəsi 48 ünvanında yerləşən, yarıdağılı vəziyyətdə olan tikili  - Sputnik Azərbaycan
3/3
Göyçay rayonunun Nərimanov küçəsi 48 ünvanında yerləşən, yarıdağılı vəziyyətdə olan tikili
1/3
Göyçay rayonunun Nərimanov küçəsi 48 ünvanında yerləşən, yarıdağılı vəziyyətdə olan tikili
2/3
Göyçay rayonunun Nərimanov küçəsi 48 ünvanında yerləşən, yarıdağılı vəziyyətdə olan tikili
3/3
Göyçay rayonunun Nərimanov küçəsi 48 ünvanında yerləşən, yarıdağılı vəziyyətdə olan tikili

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli ilə əlaqə saxladıq. O isə məhz uçulub-dağılan binanın Nuru paşanın qərargahı olduğunu dedi: "Bina gördüyünüz kimi, sökülüb, dağıdılıb. Burada nə edəcəklərindən mənim xəbərim yoxdur, amma bir tarixçi kimi, Qafqaz İslam Ordusunu uzun müddət araşdırmış biri kimi buna çox təəssüf edirəm. Aidiyyəti qurumların bu binanın qorunmasına, bunun bir kompleks kimi saxlanılmasına köməklik göstərməsini istəyirəm, çünki bina dağıdılıb. 

Buzovnada Hun - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tarixin gedişini dəyişənlərin izləri Bakı ətrafında...
Memarlıq üslubuna görə, həm də tarixi hadisələrə yaxınlığı baxımından mühüm abidə hesab edilən bu ev dövlət qeydiyyatına alınmayıb və abidənin qorunması ilə bağlı tədbirlər görülməyib. Qafqaz İslam Ordusunun qərargahı olması və şəxsən Nuru paşanın bu binada oturması ilə əlaqədar bir çox rəsmi sənədlər, raportlar və hesabatlar var. Bunlardan biri qərargah rəisi, polkovnik Rüşdü bəyin raportlarıdır və orada Göyçayda, bu evin ətrafında baş verən bütün hadisələr dəqiqə və saatına qədər hamısı qeyd olunub. Yəni bu binanın Azərbaycan tarixinin ən önəmli hadisələrindən birinə şahidlik etdiyi, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması prosesində əsas dayaq nöqtələrindən biri olduğu məlumdur".

Tarixçi illər öncə Göyçay rayon İcra Hakimiyyətinə rəsmi məktubla müraciət  edərək həmin tarixi məkanın qorunması və tariximizə sahib çıxılması üçün xahiş edib: "Bütün bunlara baxmayaraq, bu gün müəyyən insanlar tərəfindən həmin kompleks şəkildə olan məkan ayrı-ayrılıqda nömrələnərək sanki fərqli məkanlarmış kimi qələmə verilir. Lakin bu, tam yanlış bir informasiyadır, tarixi sübutlar və sənədlər mövcuddur və araşdırma zamanı rahatlıqla müəyyən etmək olar. Ümid edirəm ki, tariximizə və keçmişimizə biganə qalmazlar və illərə meydan oxuyan bu tarixi məkan qorunub saxlanılar".

Xəbər lenti
0