BAKI, 13 fevral — Sputnik. "Leqat" inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev azadlığa buraxılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Facebook sosial şəbəkəsində onun oğlu Türkel Rüstəmxanlı məlumat yayıb. Ə.Əliyevin qardaşı, deputatlığa namizəd Sabir Rüstəmxanlı da faktı təsdiqləyib.
Xatırladaq ki, ötən il Almaniyada polis "miqrant alveri" ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib. Saxlanılanlardan biri də Ə.Əliyev idi. Məlumat üçün qeyd edək ki,
Ə.Əliyev 2015-ci ildə ailəsi ilə birlikdə Almaniyaya mühacirətə gedib. O, Almaniyanın Düsseldorf şəhərində "Leqat" inteqrasiya mərkəzini təsis edərək bu ölkədə yaşayan miqrant və mühacirlərə hüquqi xidmət göstərib.