Rauf Arifoğlunun namizəd olduğu bütün məntəqələrdə qanun pozuntusu olub - MSK

Abunə olmaq
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 35 saylı Xətai üçüncü dairə seçki komissiyasının nəticələrinin ləğv olunması barədə daxil olan müraciətə baxılıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 fevral - Sputnik. Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 35 saylı Xətai üçüncü dairə seçki komissiyasının nəticələrinin ləğv olunması barədə daxil olan müraciətə baxılıb

Sputnik Azərbaycan xəbər verir ki, müraciət barədə MSK-nın katibi Ramiz İbrahimov məlumat verib.

Müraciətdə vurğulanıb ki, protokollar namizədlərə verilməyib. Səslərin yenidən sayılması və İqbal Ağazadənin qalib elan olunması xahiş olunub.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, Ümid Partiyasının sədri İqbal Ağazadə müraciət edərək həmin seçki dairəsi üzrə bəzi seçki mənətəlqəində pozuntuların baş verdiyini bildirib.

O vurğulayıb ki, həqiqətən də bu dairənin bütün məntəqələrində bu və ya digər formada pozuntulara yol verilib.

MSK üzvü qeyd edib ki, 1 saylı məntəqənin nəticələriə dair tərtib edilmiş protokol müşahidəçilərə verilməyib. R.İbrahimov da digər konkret məntəqələr üzrə baş vermiş pozuntuları sadalayıb.

MSK üzvü bu dairədə baş verən pozuntuların seçki dairəsində seçicilərin iradəsini imkan verməyən hallar olduğunu bildirib.

R.İbrahimov 35 saylı dairə üzrə 33 seçki məntəqəsindən 30 seçki məntəqədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu vurğulayıb və bütövlükdə dairə üzrə nəticələrin etibarsız hesab edilməsinə dair qərar layihəsi hazırlandığını bildirib. 

Təklif səsə qoyularaq qəbul edilib və 35 saylı Xətai üçüncü Dairə Seçki Komissiyasının nəticələri ləğv edilib.

Xəbər lenti
0