Məzahir Pənahov seçkidən video yayanlara təşəkkür etdi

© REPORTMəzahir Pənahov
Məzahir Pənahov - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkələrdə neqativ hallarla bağlı paylaşım edən şəxslərə, blogerlərə təşəkkür edirəm. Heç bir şikayət video görüntüləri əvəz edə bilməz.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

Səsvermə günü baş vermiş pozuntuların 90-95 faizi sosial şəbəkələrdə yayılan görüntülərdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O, vurğulayıb ki, sosial şəbəkələrin bu cür istifadə olunması yaxşı ənənədir: "İnsanlar müşahidə etdiyi məlumatı sosial şəbəkəyə yerləşdirir və biz də onu əsas götürürük. Sosial şəbəkələrdə neqativ hallarla bağlı paylaşım edən şəxslərə, blogerlərə təşəkkür edirəm. Heç bir şikayət video görüntüləri əvəz edə bilməz".

MSK sədri əlavə edib ki, seçki məntəqələrində müşahidəçinin ancaq seçkini müşahidə etmək və qanun pozuntusu varsa, bunu qeyd edib, məntəqə seçki komissiyasının sədrinə təqdim etmək hüququ var.

Xəbər lenti
0