MSK daha bir dairədə seçkinin nəticələrini ləğv etdi

© Sputnik / Murad OrujovГолосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района
Голосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района - Sputnik Azərbaycan
Abunə olmaq
Namizəd Fuad Abbasov qanun pozuntularını əsas gətirərək bir sıra məntəqələrin nəticələrinin ləğv edilməsini xahiş edib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 fevral - Sputnik. MSK-nın iclasında 33 saylı Xətai seçki dairəsi üzrə müzakirələr keçirilib.

MSK üzvü İlkin Şahbazov bu seçki dairəsindən namizəliyini irəli sürən Fuad Abbasovun şikayət etdiyini bildirib.

Namizəd Fuad Abbasov qanun pozuntularını əsas gətirərək bir sıra məntəqələrin nəticələrinin ləğv edilməsini xahiş edib: "Yekun protokollarda seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar müəyyən olunub. Ümumilokdə 40 məntəqədən 21-də qa un pozuntusu halları müəyyən olunub".

MSK müraciəti təmin edərək dairənin nəticələrinin ləğvi barədə qərar qəbul edib.

Qeyd edək ki, bu dairə üzrə Hüseynbala Mirələmov lider namizəd elan edilib.

Xəbər lenti
0