BAKI, 13 fevral — Sputnik. Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a bildirib ki, həmin kəsişmədə olan işıqfor obyekti işə salınıb.
© Baku Transport AgencyƏhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində işıqfor
Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində işıqfor
© Baku Transport Agency
Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artmasına səbəb olacaq.
Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün yeni piyada keçidləri təşkil edilib.