Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda meşələr necə bərpa olunur

Abunə olmaq
Ölkənin meşə təsərrüfatının inkişafı, meşə torpaqları fondunun zənginləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər Sputnik Azərbaycan-ın infoqrafikasında.

2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması məqsədilə müvafiq işlər görülüb. Bu çərçivədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində də xeyli iş aparılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib, o cümlədən 14,0 min hektarda meşəbərpa tədbirləri görülüb.

1,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 12,0 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib.

Ümumilikdə 2019-cu ildə meşə ilə örtülü sahələrdən 38,1 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib.

Ölkənin meşə təsərrüfatının inkişafı, meşə torpaqları fondunun zənginləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ETSN tərəfindən görülən işlərlə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Xəbər lenti
0