ATƏT DTİHB-in Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb

© Sputnik / Murad OrujovГолосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района
Голосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Seçki Komissiyası tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçisinin qeydiyyatı ləğv olunub.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyası tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçisinin qeydiyyatı ləğv olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul olunub.

ATƏT DTİHB-in müraciəti barədə məlumat verən MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, nümayəndə heyətinin rəhbəri Piter Teylor müşahidəçilərdən biri Aygün Aktarın qeydiyyatının ləğv olunması barədə MSK-ya müraciət ünvanlayıb.

MSK müraciətin təmin olunması barədə qərar qəbul edib.

Xəbər lenti
0