Tramp Senatdan xahiş elədi - O qətnaməni qəbul etməyin

© REUTERS / LEAH MILLISПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Senatın qətnaməsinin mətni ABŞ administrasiyasına İran tərəfindən "qaçılmaz hücuma" reaksiya verməyə heç cür mane olmur. Elə İran generalı Qasım Süleymani öldürülərkən hökumət də bunu əsas gətirmişdi

BAKI, 12 fevral — Sputnik. ABŞ Prezidenti Donald Tramp Senatdan İranla müharibə əleyhinə qətnaməni qəbul etməməyi xahiş edib, onun fikrincə, "indi zəiflik göstərmək zamanı deyil".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bir müddət öncə demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası Prezidentin İranla hərbi əməliyyatlar aparmaq səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verib.  Bu sənədin qanuni qüvvəsi yoxdur. CNN bildirir ki, hazırda nəzərdən keçirilən qətnamə isə quruluşuna və məzmununa görə bir qədər fərqlənir. Beləliklə, sənədin bu variantı yenidən Nümayəndələr Palatasının təsdiqi üçün yönləndirilə bilər. Senatda səsvermənin cümə axşamı  keçiriləcəyi bildirilir.

"Bizim ölkəmizin təhlükəsizliyi üçün ABŞ Senatının İrana qarşı hərbi səlahiyyətlərə dair qətnamə qəbul etməməsi vacibdir. İranla bağlı işlərimiz yaxşıdır və indi zəiflik göstərmək zamanı deyil", - deyə Tramp Twitter-də yazıb.

​Onun sözlərinə görə, "amerikalıların çoxu terrorçu Süleymaniyə hücumu dəstəklədi". "Demokratlar bunu ancaq Respublikaçılar partiyasına mane olmaq üçün edirlər. Buna icazə verməyin", - Prezident əlavə edib.

Senatın qətnaməsinin mətni ABŞ administrasiyasına İran tərəfindən "qaçılmaz hücuma" reaksiya verməyə heç cür mane olmur. Elə İran generalı Qasım Süleymani öldürülərkən hökumət də bunu əsas gətirmişdi. 

Konstitusiyaya görə, Konqres prezidentlərə müharibə aparmağa icazə vermək hüququna malikdir, amma faktiki olaraq icra hakimiyyəti başçısı xaricdə müharibəni Konqresin icazəsi olmadan da apara bilər. Bu zaman onun hərəkətləri Konqresin əvvəlki icazələri və ABŞ vətəndaşlarının müdafiəsi zərurəti ilə izah olunur. Məsələn, Q.Süleymaninin qətlinin qanuniliyi 2001-ci il 11 sentyabr hadisələrindən sonra terrorçu Üsamə bin Ladenin məhvinə icazənin verilməsi ilə izah edildi. Demokratlar isə belə istinadı doğru hesab etmirlər.

Xəbər lenti
0