“Sevgilinizə” özəl təklif: Onu siçovul və tarakana tay tutun

© pixabay / Assekuranz24Tarakan
Tarakan - Sputnik Azərbaycan
Abunə olmaq
Beş dollara istənilən tarakana sabiq sevgilinin adını vermək olar. Bu tarakanı surikatlar yeyəcək. 20 dollar qarşılığında isə siçovula ad vermək olar. Onu isə sürünənlər yeyəcək

BAKI, 12 fevral — Sputnik. Amerikanın San-Antonio zooparkında Sevgililər günü ərəfəsində yeni xidmət istifadəyə verilib. Belə ki, istənilən şəxs simvolik vəsait ödəməklə tarakan və ya siçovula öz sabiq sevgilisinin adını verə və onu vəhşi heyvanlara yedizdirə bilər. Bu barədə Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir.

Belə ki, 5 dollara istənilən tarakana sabiq sevgilinin adını vermək olar. Bu tarakanı surikatlar yeyəcək. 20 dollar qarşılığında isə siçovula ad vermək olar. Onu isə sürünənlər yeyəcək.

"Siz hətta sosial şəbəkələrdə paylaşmaq üçün sertifikat belə alacaqsınız. Əgər siz çox cəsarətlisinizsə, onda sertifikatı paylaşın və o bədbəxt adamı işarəliyin", - deyə zooparkdan bildirilib.

Xəbər lenti
0