CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mitinqlə bağlı İcra Hakimiyyətindən ikinci açıqlama

CC BY 2.0 / Francisco Anzola / City hallBakı Şəhər İcra Hakimiyyətinin binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
"Müraciət 5 iş günü əvvəl təqdim olunmalı olduğu halda 4 iş günü əvvəl təqdim olunub. Bu da mövcud qanunvericiliyin tələblərinin pozulması deməkdir" - BŞİH

BAKI, 12 fevral — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin paytaxt ərazisində mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

Sputnik Azərbaycan bildirir ki, BŞİH-dən verilən məlumata görə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciət 5 iş günü əvvəl təqdim olunmalı olduğu halda 4 iş günü əvvəl təqdim olunub. Bu da mövcud qanunvericiliyin tələblərinin pozulması deməkdir və müraciətin baxılmamasına əsas verir. Buna görə şöbə tərəfindən qanunvericiliyə uyğun olaraq məsələyə baxılması məqsədəuyğun hesab edilməyib.

"Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbərliyi müraciətçilərin istək və arzularını nəzərə alaraq bu məsələyə yenidən baxıb. Nəzərinizə çatdırırıq ki, müəyyən etdiyiniz ərazi əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq.

Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə saat 15:00-dan 17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi" İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında keçirilməsini təklif edirik", - məlumatda qeyd edilir.

Xatırladaq ki, bu gün BŞİH Müsavat, REAL partiyaları, D18 hərəkatı və digər müstəqil namizədlərin fevralın 9-da Milli Məclisə keçirilən seçkidə baş verənlərlə bağlı metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə müraciətinə mənfi cavab vermişdi.

Xəbər lenti
0