Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İdlibdə qüvvələr nisbəti dəyişir: türklərə qidanı ruslar çatdırırlar

© REUTERS / Omar SanadikiСолдат сирийской армии держит сирийский флаг, Идлиб, Сирия, фото из архива
Солдат сирийской армии держит сирийский флаг, Идлиб, Сирия, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təhlükəsizlik tədbirləri görən türklər öz məntəqələri arasında olan yolda hərəkəti dayandırıblar. Onlara ərzağı Rusiya hərbi polisinin köməyi ilə çatdırırlar

BAKI, 12 fevral — Sputnik. Suriya hökuməti Dəməşq-Hələb M5 yoluna nəzarəti ələ keçirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə İdlib vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Fadi Sadun deyib.

Военнослужащие сирийской армии в освобожденном от боевиков населенном пункте в Идлибе - Sputnik Azərbaycan
Yeni müharibənin astanasında: Türk hərbçiləri mühasirəyə alındı

Suriya hökuməti 2012-ci ildən bəri ilk dəfə bu yolu ələ keçirib.

"Hökumət bu gün Həmadan Hələbədək olan yola (Dəməşq-Hələb M5 yolunun Həma və İdlib vilayətindən keçən hissəsi - red.) nəzarət edir", - Sadun jurnalistlərə bildirib.

Onun sözlərinə görə, türk hərbçilərinin tutduqları Maaret-En-Numan şəhəri yaxınlığındakı kiçik bir hissə istisna təşkil edir. 5 km uzunluğundakı yol Türkiyənin iki müşahidə məntəqəsinin arasında yerləşir. Əks-hücum zamanı bu məntəqələr Suriya ordusunun arxa hissəsində qalıb. Təhlükəsizlik tədbirləri görən türklər öz məntəqələri arasında olan yolda hərəkəti dayandırıblar. Onlara ərzağı Rusiya hərbi polisinin köməyi ilə çatdırırlar. 

"Yerli sakinlər bu məsafəni qət eləmək üçün kənardakı palçığa girməli olurlar", - qubernator şikayətlənib.

M5 yolu boyu əsas yaşayış məntəqələrini ələ keçirmək üçün başlanan hərbi əməliyyatdan öncə Dəməşqlə Hələb arasında əlaqə səhradan keçən yol vasitəsilə qurulurdu, bu isə yola xeyli vaxt sərf olunmasına səbəb olurdu.

Xəbər lenti
0