Yeni müharibənin astanasında: Türk hərbçiləri mühasirəyə alındı

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidВоеннослужащие сирийской армии в освобожденном от боевиков населенном пункте в Идлибе
Военнослужащие сирийской армии в освобожденном от боевиков населенном пункте в Идлибе - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə nazirinin sözlərinə görə, Türkiyə hərbçilərinə suriyalıların hərbi postlara hücum etməsi halında sərt cavab tədbirləri görməsi əmri verilib.

BAKI, 12 fevral — Sputnik. Türkiyənin İdlibdəki dörd müşahidə məntəqəsi və iki hərbi mövqeyi Suriya ordusunun nəzarətində olan ərazi daxilinə düşüb. Bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar "Associated Press" agentliyinə müsahibəsində bildirib.

Lakin o, vurğulayıb ki, Türkiyə vilayətdəki 12 müşahidə postundan heç birini tərk etməyəcək.

"Dəfələrlə demişik ki, şəxsi heyətimizi, əsgərlərimizi oradan geri çəkməyəcəyik. Onlar öz missiyalarını davam etdirəcəklər," – Akar deyib.

Nazirin sözlərinə görə, Türkiyə hərbçilərinə suriyalıların hərbi postlara hücum etməsi halında sərt cavab tədbirləri görməsi əmri verilib.

Fevralın 3-də Suriya ordusunun İdlibi artilleriya atəşinə tutması nəticəsində 8 türk əsgəri və mülki şəxslər həyatlarını itiriblər. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın sözlərinə görə, cavab zərbələri ilə 76 suriyalı əsgər öldürülüb.

Bazar ertəsi Ankara 101 suriyalı əsgərin zərərsizləşdirildiyini açıqlayıb. Bu, Suriya qoşunlarının atəşi nəticəsində 5 türkiyəli əsgərin ölməsi və daha 5 nəfərin yaralanmasından sonra baş verib. Çərşənbə axşamı isə Türkiyə ölən suriyalıların siyahısına daha 51 nəfərin əlavə olunduğunu deyib.

Xəbər lenti
0