BAKI, 12 fevral — Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriyanın İdlib vilayətində gərginliyi müzakirə ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, liderlər müvafiq qurumların əlavə danışıqlar aparmasına dair razılığa gəliblər.
Xatırladaq ki, daha əvvəl Ərdoğan bildirib ki, Dəməşq hücumları davam etdirəcəyi təqdirdə Suriyada hökumət qüvvələrinə hücum edəcək: "Biz Soçi razılaşması çərçivəsində hərəkət etməyə çalışdıq, lakin bizə verilən sözləri heç kim tutmadı".