CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Cəfər Cabbarlı" hasara alınıb

© Sputnik / Irade JELILПамятник Джафару Джаббарлы в Баку
Памятник Джафару Джаббарлы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"İşlər yekunlaşdıqdan sonra ərazinin estetik görünüşünə görə orada havalandırma köşkü qoyulacaq" - Bəxtiyar Məmmədov

BAKI, 12 fevral — Sputnik. Bakı metrosunun "28 May" stansiyasının çıxışı - Cəfər Cabbarlının heykəlinin ətrafı hasara alınıb. Ərazidə təmir işləri aparılır. Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, ərazidə görülən işlər metropoliten əməkdaşları tərəfindən aparılır: "Ərazinin hasara alınmasında məqsəd tunellərdə havalandırmanın daha da yaxşılaşdırılmasıdır. Ərazidə işlərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq icazə alınıb".

"İşlər yekunlaşdıqdan sonra ərazinin estetik görünüşünə görə orada havalandırma köşkü qoyulacaq", - deyə B.Məmmədov əlavə edib.

Xəbər lenti
0