https://sputnik.az/20200212/bakida-mekteblilere-qarsi-quldurluq-423131814.html
Bir məktəbliyə qarşı üç nəfər: quldur qardaşlar qandallandılar - FOTO
Bir məktəbliyə qarşı üç nəfər: quldur qardaşlar qandallandılar - FOTO
Sputnik Azərbaycan
Murad və İlkin Orucov qardaşlarının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər. 12.02.2020, Sputnik Azərbaycan
2020-02-12T20:32+0400
2020-02-12T20:32+0400
2021-11-16T22:48+0400
https://cdnn1.img.sputnik.az/img/41398/74/413987419_0:0:3072:1728_1920x0_80_0_0_292888e75af206c4d3c3cdc4b1c8c54c.jpg
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2020
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41398/74/413987419_341:0:3072:2048_1920x0_80_0_0_785942d802eb3391a48cbf46484bbdf4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Bir məktəbliyə qarşı üç nəfər: quldur qardaşlar qandallandılar - FOTO
20:32 12.02.2020 (Yenilənib: 22:48 16.11.2021) Murad və İlkin Orucov qardaşlarının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər.
BAKI, 12 fevral — Sputnik. Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı uşağa qarşı quldurluq edilib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, hadisə zamanı naməlum şəxslər zərərçəkən orta məktəbdən qayıdan zaman ona yaxınlaşaraq fiziki zor tətbiq edib iki ədəd mobil telefonunu əlindən alıblar.
Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin 2 ədəd mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İlkin Orucov və qardaşı Murad Orucov saxlanılıblar. Hadisə zamanı Murad və İlkinlə bərabər quldurluq cinayətində iştirak edən Xalid Quliyev isə bir müddət əvvəl narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısı ilə məşğul olduğu üçün tutulub.
Faktla bağlı 25-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Murad və İlkin Orucov qardaşlarının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər.