CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arxiv işi ilə bağlı hüquqi sənədlərdə dəyişiklik ediləcək

© Sputnik / Anar MustafayevПапки с документами, фото из архива
Папки с документами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Arxiv işi sahəsində dövlət nəzarətini və məsuliyyəti gücləndirmək məqsədilə normativ hüquqi aktlarda dəyişikliklər barədə təkliflər hazırlanması ilə bağlı Nazirlər Kabinetinə tapşırıqlar verilib

BAKI, 12 fevral — Sputnik. Azərbaycanda arxiv işi və ləğv olunmuş hüquqi şəxslərin arxiv fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsinin icbariliyi ilə bağlı normativ hüquqi aktlarda dəyişikliklər nəzərdə tutulub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Arxiv işi sahəsində dövlət nəzarətini və məsuliyyəti gücləndirmək məqsədilə normativ hüquqi aktlarda dəyişikliklər barədə təkliflər hazırlanması ilə bağlı Nazirlər Kabinetinə tapşırıqlar verilib.

Eyni zamanda, Nazirlər Kabinetinə ləğv olunmuş hüquqi şəxslərin arxiv fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsinin icbariliyinin təmin olunması üçün normativ hüquqi aktlarda dəyişikliklərə dair təkliflər hazırlanması və sənədlərin idarə edilməsi sahəsində beynəlxalq normaların tələblərinə uyğun olaraq arxiv sənədlərinin rəqəmsallaşdırılması, Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi və istifadəsi qaydalarına dair təkliflər hazırlanması tapşırılıb.

Xəbər lenti
0