SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aydın Mirzəzadə ATƏT və AŞPA müşahidəçilərinin seçki rəyindən danışır

Abunə olmaq
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, ATƏT DHTİB və AŞPA-nın uzunmüddətli müşahidə missiyası seçkinin nəticəsi barədə danışarkən fakt ortaya qoymur
Aydın Mirzəzadə: “ATƏT-in seçkiyə mənfi rəy verməsi qərəzlidir”

ATƏT DHTİB və AŞPA-nın uzunmüddətli müşahidə missiyasının Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı mənfi rəy açıqlaması əvvəldən hazırlanmış plandır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə müşahidə missiyasının fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı açıqladığı rəyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ATƏT DHTİB və AŞPA-nın uzunmüddətli müşahidə missiyası seçkinin nəticəsi barədə danışarkən fakt ortaya qoymur:

“Azərbaycan ildən-ilə seçki prosesini təkmilləşdirir, seçkidə daha çox namizədin iştirakı və onların təbliğatı üçün şərait yaradır. Bununla yanaşı, ölkəmizdə 1000-dən çox məntəqədə veb-kameralar quraşdırılıb. Bu kameralar vasitəsilə nəinki Azərbaycanda, dünyanın istənilən nöqtəsindən ölkəmizdə gedən seçki prosesini izləmək mümkündür. Amma bütün bunlara baxmayaraq, ATƏT-in seçkiyə mənfi rəy verməsi qərəzlidir. ATƏT əvvəlki seçkilərdə də bir qayda olaraq, Azərbaycana mənfi qiymət verib. Təəssüf edirəm ki, Azərbaycanın seçki ilə bağlı özünün təcrübəsini artırmasına, proseslərin demokratikləşməsinə baxmayaraq, xaricdən müəyyən dairələr Azərbaycanla bağlı həmişə mənfi rəy verməyə meyillidirlər”.

Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0