CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabiq millət vəkili vəfat etdi

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
M.Qənbərov 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışıb. İkinci və üçüncü çağırış Milli Məclisin deputatı olub

BAKI, 11 fevral — Sputnik. Azərkontrakt Səhmdar Cəmiyyətinin sədri, keçmiş deputat Miri Qənbərov 84 yaşında vəfat edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Report”a onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Qənbərov Miri Əhəd oğlu 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olub. 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışıb. İkinci və üçüncü çağırış (2000-2010-cu illərdə) Milli Məclisin deputatı olub.

Xəbər lenti
0