CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxda körpə 120 ədəd dərman içib

CC0 / Pixabay / drugDərman, arxiv şəkli
Dərman, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Evdə nəzarətsiz qalan azyaşlı 120 ədəd vitamin C həbi qəbul edib. O, Qax rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib

BAKI, 11 fevral — Sputnik. Qaxda üç yaşlı uşaq 120 ədəd dərman içib

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün baş verib. Qax şəhəri Ü. Hacıbəyev küçəsi ev 11 ünvanında yaşayan 3 yaşlı Nur Rəhman qızı Rəcəbli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, evdə nəzarətsiz qalan azyaşlı 120 ədəd vitamin C həbi qəbul edib. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən N. Rəcəbliyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0