CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecə şaxta olacaq, qar söz vermirlər

© Sputnik/ Leyla AbdullayevaSoyuq hava şəraiti şimal bölgəsini iflic edib
Soyuq hava şəraiti şimal bölgəsini iflic edib - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

BAKI, 11 fevral — Sputnik. Fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın,  gündüz  6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütünuna enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz  5-9 dərəcə isti, dağlarda gecə 12-17, gündüz  0-5 dərəcə şaxta  olacaq. 

Tibbi-meteoroloji proqnoz: fevralın 12-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti
0