Əsəd qüvvələrinə məxsus helikopter belə vuruldu - VİDEO

© © Senior Airman Ian Dudley/Vandenberg Air Force Base via APRaket buraxılışı
Raket buraxılışı - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya və Türkiyə tərəfindən atəşkəs təşəbbüsünə rəğmən Suriya ordusu İdlib vilayətində yaraqlılara qarşı genişmiqyaslı əməliyyat aparır

BAKI, 11 fevral — Sputnik. Suriyanın İdlib vilayəti, Nayrab şəhəri yaxınlığında bu ölkənin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus helikopter vurulub.

 

Sputnik Azərbaycan xəbər verir ki, helikopterin vurulması kadrlarını əks etdirən görüntüləri öz "Twitter" hesabında hərbi analitik Babak Taqvey paylaşıb.

Helikopter yaraqlıların nəzarətində olan əraziyə düşüb. İnsident nəticəsində iki pilot ölüb.

​Qeyd edək ki, Rusiya və Türkiyə tərəfindən atəşkəs təşəbbüsünə rəğmən Suriya ordusu İdlib vilayətində yaraqlılara qarşı genişmiqyaslı əməliyyat aparır.

Xəbər lenti
0