ELM

Koronavirus azmış kimi - Alimlər yeni naməlum virus tapıblar

© AP Photo / Dake Kang Персонал перемещает контейнеры с биологическими отходами около входа в медицинский центр в китайском городе Ухань, фото из архива
 Персонал перемещает контейнеры с биологическими отходами около входа в медицинский центр в китайском городе Ухань, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər yeni virusu Cənubi Amerika xalqlarının mifologiyasından olan su pərisi Yaranın şərəfinə "Yaravirus brasiliensis" adlandırıblar.

BAKI, 11 fevral — Sputnik. Braziliyada alimlər DNT-sinin 90 faizinin elmə naməlum genlərdən təşkil olunmuş yeni virusu aşkar ediblər. Sputnik Azərbaycan xəbər verir ki, alimlər tədqiqatın nəticələrini "bioRxiv" saytında dərc ediblər.

Virus Braziliyanın Belu-Orizonti şəhərindəki Pampulya süni gölündə aşkar edilib. Onun çox da mürəkkəb olmayan genomu demək olar ki, tamamilə elmə naməlum olan genlərdən ibarətdir. Alimlər yeni virusu Cənubi Amerika xalqlarının mifologiyasından olan su pərisi Yaranın şərəfinə "Yaravirus brasiliensis" adlandırıblar.

Rəsmi metagenom protokollara görə, Yaravirus hətta viral agent kimi tanına bilməz, çünki onlarla heç bir oxşarlığı yoxdur. Alimlər hələ də "Yaravirus"un əslində nə olduğunu — tamamilə yeni bir qrupun nümayəndəsi və ya nəhəng bir virusun balacalaşmış törəməsi olduğunu deyə bilmirlər.

Xəbər lenti
0