BAKI, 10 fevral — Sputnik. Üst geyimi hazırlayan "Canada Goose" şirkətinin icraçı direktoru Dani Reyss milyarderlərin sırasını tərk edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, buna səbəb koronavirusdur.
Dani Reiss took over a family business that has turned its parkas into a luxury consumer brand. Those he goes to for counsel include the head of Starbucks China and Tom Brady. https://t.co/j9bZypK0Ru
— The Wall Street Journal (@WSJ) January 3, 2020
"Forbes"un yazdığına görə, bir neçə gün əvvəl şirkət yeni tip pnevmoniyanın yayılması ilə əlaqədar alıcılıq qabiliyyətinin xeyli azaldığına dair hesabat təqdim edib. Bu səbəbdən "Canada Goose"un səhmləri 4% enib, bu isə öz növbəsində Reyssin varidatına təsir edib və onu milyarderlərin sırasından qırağa atıb.