Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə quldurluq: Maşını vurub, 20 min manat pul apardılar

© AP Photo / Thanassis StavrakisМужчина попавший в аварию, фото из архива
Мужчина попавший в аварию, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət hadisəsini törədərkən istifadə edilən nəqliyyat vasitəsi - "VAZ-2106" markalı avtomobil də saxlanılaraq Polis Şöbəsinə gətirilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. Şəkidə quldurluq hadisəsi baş verib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, fevralın 3-də saat 22 radələrində Şəki rayonunun Cəfərabad kəndi ərazisində R.Muxtarzadənin idarə etdiyi şirkətlərdən birinə məxsus "Ford" markalı avtomobilin "VAZ-2106" markalı avtomobillə vurulması, həmin avtomobildən düşmüş 3 nəfərin "Ford" markalı avtomobildə sərnişin qismində gedən həmin şirkətin əməkdaşı C.Kərimova küt alətlə xəsarət yetirərək içərisində 15.000-20.000 manat pul olan çantanı aparması barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat daxil olub.

 Украинская модель азербайджанского происхождения Фарида Ибрагимова, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Dünya şöhrətli brend azərbaycanlı qızı qarət elədi - VİDEO

Həmçinin Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış, Baş İctimai Təhlükəsizlik, Baş Dövlət Yol Polisi İdarələri, Təhlükəsiz Şəhər Xidməti, Şəki ŞRPŞ və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslərdən ikisi – Göyçay rayon sakinləri əvvəllər məhkum olunmuş 32 yaşlı Xəyal Ömərov və 37 yaşlı İlyas Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Quldurluq nəticəsində əldə olunmuş pulun bir qismi maddi sübut kimi götürülüb. Həmçinin cinayət hadisəsini törədərkən istifadə etdikləri nəqliyyat vasitəsi - "VAZ-2106" markalı avtomobil də saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə baş vermiş cinayət hadisəsindən xəbərdar olmasına baxmayaraq, polisə məlumat vermədiyinə və cinayət yolu ilə əldə olunmuş pulun bir hissəsini aldığına görə, Göyçay rayonunun Qarabaqqal kənd sakini Nicat Bəşirov da şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən digər şəxsin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0