CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Seçkidən sonra ikinci qəfil ölüm

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb

BAKI, 10 fevral — Sputnik. Fevralın 9-da saat 23 radələrində 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili, 1959-cu il təvəllüdlü Mahir Hüseynov yaşadığı evin qarşısında qəflətən vəfat edib.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a  verilən məlumata görə, dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilib. 

Baş Prokurorluğuna məxsus avtomobil - Sputnik Azərbaycan
HADİSƏ
Seçki məntəqəsində ölüm - Baş Prokurorluq məlumat yaydı

Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb. 

İlkin araşdırma zamanı müəyyən edilib ki, Mahir Hüseynov uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, 2016-cı ildə “sol mədəciyin ön divarının ST elevasiyalı miokard infarktı, kəskin mərhələ” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat edilib.

Həmçinin araşdırmalarla müəyyən edilib ki, Mahir Hüseynov müşahidəçisi olduğu dairənin rayonun Aşağı Qaramanlı kəndində yerləşən 28 saylı seçki məntəqəsindən seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, fevralın 9-da saat 19 radələrində 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyev həmin dairənin Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində 15-ə yaxın müşahidəçi və digər şəxslərin gözü qarşısında qəflətən vəfat edib. Müəyyən edilib ki, Sübhan Hacıyev uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, xəstəliyi ilə əlaqədar 2 dəfə infarkt keçirib və təxminən 6 ay bundan əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunub.

Xəbər lenti
0