CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin durumu açıqlandı

© Photo : REPORTSəhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
"Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb"

BAKI, 10 fevral — Sputnik. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı mətbuat xidmətləri birgə məlumat yayıb. Qurumlardan Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Qarşısını almaq mümkün deyil – Virus öldürməkdə davam edir

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bildirilib ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar: "Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Qeyd edək ki, rəsmi qurumların fevralın 5-də yaydığı məlumatda Çindən gələn 7 nəfərin Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirildiyi bildirilmişdi. Onlardan biri fevralın 6-da, üçü isə fevralın 7-də xəstəxanadan buraxılmışdı.

Xəbər lenti
0