CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kağızdan geri dönüş: Burada tullantıdan müxtəlif məhsullar hazırlanır - REPORTAJ

© Sputnik / Nigar IskanderovaKağız tullantıların emalı
Kağız tullantıların emalı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekoloqlar bildirirlər ki, hər il yaratdığımız kağız tullantılarla Nyu-Yorkdan Kaliforniyayadək böyük bir divar hörülə bilər...

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. Elektron dövr olsa da, hələlik kağızdan istifadə tamamilə sıfır həddə enməyib. Təkcə bu ilin yanvar ayında dünyada 52 milyon tondan artıq kağızın istehsalı bizə bunu deməyə əsas verir. Günlük olaraq kağız istehsalı ilə bağlı rəqəmlər isə təxminən 1 milyon civarında dəyişilir.

Kağız paketlərin yığışdırılması, arxiv şəkli - Sputnik Azərbaycan
Kağız və pambıq paketlər ətraf mühit üçün daha təhlükəlidir – İDDİA

Bir anlıq ətrafımıza baxdıqda da bir neçə saat, yaxud da elə növbəti gün üçün yığılacaq real kağız tullantılarını görə bilərik: qəzetlər, salfetlər, stolumuzun üzərində olan qeydlər, kağız torbalar, su içmək üçün nəzərdə tutulan kağız stəkanlar, kontur kartları, qablaşdırmalar, bir sözlə, konfet kağızından tutmuş, birdəfəlik istifadə üçün nəzərdə tutulan çayların paketlənməsinədək çox şey buna bariz misaldır.

2030-cu il üçün proqnozlar da bədbindir. Belə ki, qeyd olunan dövrədək kağıza olan tələbat iki dəfəyədək artacağını nəzərə alsaq, vəziyyətin daha da gərginləşəcəyini söyləyə bilərik.

Sputnik Azərbaycan kağız istehsalı üçün ağacların qırılması, istehsal olunan kağızların bir müddətdən sonra tullantıya çevrilməsini araşdırıb. Mövcud duruma isə həm dünya, həm də Azərbaycan rakursundan baxdıqda isə bunları görmək mümkündür:

© Sputnik / Nigar IskanderovaBalaxanı Sənaye Parkında yerləşən işlənmiş və tullantı kağızların təkrar emalı müəssisəsi
Kağızdan geri dönüş: Burada tullantıdan müxtəlif məhsullar hazırlanır - REPORTAJ - Sputnik Azərbaycan
Balaxanı Sənaye Parkında yerləşən işlənmiş və tullantı kağızların təkrar emalı müəssisəsi

Hər bir ağac ən azı üç insanın nəfəs alması üçün kifayət qədər oksigen ötürür. Onların məhvi isə həm də ətrafda oksigen çatışmazlığının yaranması deməkdir. Ekoloqlar bildirirlər ki, oksigen çatışmazlığının yaranması da qlobal istiləşmədə böyük paya sahibdir.

Meşələrin hələ də qırılması isə bizim düşünmədən atdığımız addımların nəticəsidir. Bu isə o deməkdir ki, təkcə cari ildə kağız dəyirmanları 500 milyon ton kağız və karton istehsal edəcək.

Umayra Tağıyeva: “Marketlərdə parça və kağız torbalara üstünlük verilməlidir”

Bu gün ətraf mühiti çirkləndirdiyinə görə kağız tullantılar 3-cü yerdə qərarlaşıb. Çünki kağızın istehsalı zamanı tərkibi xlor olan ağardıcılardan istifadə olunur. Bu isə o deməkdir ki, kağız xarab olduqda, çürüdükdə bu zaman o CO2-dən 25 qat daha zəhərli olan metan qazı buraxır. Bu gün bir çox ölkələr dioksidin meydana gəlməsini azaltmağa fokuslanıblar. Dioksid kağız istehsalında istifadə olunan zəhərli maddədir. Bu səbəbdən də hazırda bərpa oluna biləcək kağız mənbələri axtarılır ki, ağaclar qırılmasın, ətrafa zəhərli maddələr yayılmasın.

Bütün bunlar bir yana, bəs kağız istehsalının yaratdığı fəsadlar nədir?

© Sputnik / Nigar IskanderovaBalaxanı Sənaye Parkında yerləşən işlənmiş və tullantı kağızların təkrar emalı müəssisəsi
Kağızdan geri dönüş: Burada tullantıdan müxtəlif məhsullar hazırlanır - REPORTAJ - Sputnik Azərbaycan
Balaxanı Sənaye Parkında yerləşən işlənmiş və tullantı kağızların təkrar emalı müəssisəsi

Kağız istehsalı iki qat enerjinin sərf olunması, o cümlədən də ağacların qırılması deməkdir. Orta statistik göstəriciyə görə, kağız istehsalı üçün sərf olunan enerji sellofan istehsalı üçün sərf olunan enerjidən 2 dəfə artıqdır. 1 kiloqram kağızın ərsəyə gəlməsi üçün 324 litr su istifadə olunursa, bu, A4 vərəqinin ərsəyə gəlməsi üçün 10 litr su sərfiyyatı deməkdir. Bu həm də “New York Times” qəzetinin təkcə bazar günü nəşri üçün 75 min ağacın qırılması deməkdir.

Bu sətirləri oxuduğunuz ötən bir neçə dəqiqə ərzində 199 ton kağız istehsal olundu. Bu haqda isə bizə https://www.theworldcounts.com/stories/Paper-Waste-Facts saytı məlumat verir.

Bəs, Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda təkcə ötən il ərzində 95162.1 min manat həcmində kağız və karton istehsal olunub. Bu da daha öncəki illə müqayisədə artım deməkdir. 2018-ci ildə bu rəqəm 67513,3 min manat təşkil edib. Rəqəmlərin artması bu mövzunun ölkəmiz üçün də aktual olduğunu göstərir.

© Sputnik / Nigar IskanderovaBalaxanı Sənaye Parkında yerləşən işlənmiş və tullantı kağızların təkrar emalı müəssisəsi
Kağızdan geri dönüş: Burada tullantıdan müxtəlif məhsullar hazırlanır - REPORTAJ - Sputnik Azərbaycan
Balaxanı Sənaye Parkında yerləşən işlənmiş və tullantı kağızların təkrar emalı müəssisəsi

Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da tullantıların, eləcə də kağız tullantıların sıfıra endirilməsi üçün müəyyən addımlar atılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Balaxanı Sənaye Parkında digər tullantılarla yanaşı, eyni zamanda da kağız tullantılar tamamilə yenidən emala qayıdır, yəni tullantıdan tullantı yaranmır.

Sputnik Azərbaycan olaraq Balaxanı Sənaye Parkında yerləşən işlənmiş və tullantı kağızların çap emalı sahəsi ilə tanış olduq. Balaxanı Sənaye Parkının birinci rezindentlərindən olan “Çapar” MMC tərəfindən kağız tullantılar təkrar emala göndərilir. Böyük bir ərazidə gərgin iş gedir. Müəssisənin rəhbərinin verdiyi məlumata görə, burada illik olaraq 300 ton tullantı emal olunur ki, onlardan da 280 ton məhsul əldə edilir. Bu da illik olaraq 112 000 manat qənaət deməkdir.

Məktəblərdə kağız kitablar dövrü sona çatır, lap az qaldı

“Kağız tullantıları sıfıra endirmək üçün nə etməli” sualının cavabı isə belədir: ofisdə istifadə olunan kağızların yenidən istehsalına, istifadəsinə nail olmalı, kağızın bir tərəfini yazaraq onu tullamamalıyıq.

Hesablamalara görə, bu kiçik görünən addımlarla kağız tullantılarını 50 faizədək azaltmaq mümkündür. Ekoloqlar tövsiyə edirlər ki, zərurət yaranmadıqda elektron variantda olan materialı gərək yaranmazsa çap eləməyin. Bundan başqa, müştərilərlə kağız vasitəsi ilə deyil, mail vasitəsi ilə əlaqə saxlamaq, yəni bir məhsul haqda kağız üzərindən deyil, maillə məlumat ötürmək, bir dəfə istifadə üçün nəzərdə tutulan kağız stəkanlardan, qablardan imtina etmək tövsiyə edilir. Daha az kağız materialdan istifadə olunan məhsullara üstünlük verməklə də zərəri azaltmaq mümkündür, deyə ekoloqlar tövsiyələrində bildirirlər.

© Sputnik / Nigar IskanderovaBalaxanı Sənaye Parkında yerləşən işlənmiş və tullantı kağızların təkrar emalı müəssisəsi
Kağızdan geri dönüş: Burada tullantıdan müxtəlif məhsullar hazırlanır - REPORTAJ - Sputnik Azərbaycan
Balaxanı Sənaye Parkında yerləşən işlənmiş və tullantı kağızların təkrar emalı müəssisəsi

Ərazisində olduğumuz müəssisədə isə təkrar emaldan əldə olunan kağız və kartondan poliqrafiya məhsullarının hazırlanmasında, kitab üzlüklərinin istehsalında da istifadə olunur. Bu kartonlardan həmçinin tort qutularında tortla təmas yaratmayan alt hissədə də istifadə olunur. İstehsal prosesində yaranan kağız tullantılar isə dəfələrlə təkrar istehsal edilir. Beləcə kağız tullantılar sıfır həddə çatdırılır. 

Sənədlər - Sputnik Azərbaycan
Dövlət qurumlarında kağız arxivə yollanır

Araşdırmalar göstərir ki, bu gün müəssisələrin tullantılarının 50 faizi kağızlardan ibarət olur. İstehsal olunan kağızların 93 faizi məhz ağacdan əldə olunur. Bu gün Yer kürəsi ağaclarının 42 faizi məhz kağız istehsalı məqsədilə qırılır.

Təkcə ABŞ-da ofislərdə il ərzində 12.1 trilyon kağız vərəqindən istifadə olunur. Burada kağız poliqon tullantılarının 25%-ni, bələdiyyə tullantılarının 33%-ni təşkil edir. Qablaşdırmalar isə kağız tullantıların 1/3-ni təşkil edir. Ağacların qırılmasının qarşısını almaq üçün kağız tullantıların təkrar emalı tövsiyə olunur. Bu isə o deməkdir ki, 1 ton kağızın təkrar emalı təqribən 682.5 qallon yağa, 26.500 litr suya və 17 ağaca qənaət deməkdir.

Ekoloqlar bildirirlər ki, hər il yaratdığımız kağız tullantılarla Nyu-Yorkdan Kaliforniyayadək böyük bir divar hörülə bilər...

Xəbər lenti
0