CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektriklə işləyən taksilərdə qiymət fərqi olacaq

© Baku Transport AgencyОстановки для такси
Остановки для такси - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu taksilər yüksək səviyyədə komfortlu avtomobillərdir. Elektriklə işlədiyindən əlbəttə ki, onların qiymətlərində digər taksilərlə müqayisədə fərq ola bilər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. "Bakıya gətiriləcək elektriklə işləyən taksilərin qiyməti fərqli olacaq". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında ''Bakı Taksi Xidməti'' MMC-nin baş direktoru Fuad Əliyev məlumat verib.

Еще на 12 улицах Баку созданы стоянки такси - Sputnik Azərbaycan
CƏMİYYƏT
Taksi tariflərinin müəyyənləşəcəyi vaxt açıqlandı

O bildirib ki, elektriklə işləyən taksilərdə qiymətlərin necə olacağını indidən söyləmək olmaz. Lakin qiymət artması barədə də danışmaq yersizdir: "Elektriklə işləyən taksilər müasir texnologiyalarla təchiz edilib. Bununla yanaşı, taksilərə fiziki qüsurlu şəxslərin rahat minib-düşməsi üçün panduslar quraşdırılıb. Üstəlik, yeni taksilər "Android" sistemlə də təchiz olunub. Bu taksilər yüksək səviyyədə komfortlu avtomobillərdir. Elektriklə işlədiyindən əlbəttə ki, onların qiymətlərində digər taksilərlə müqayisədə fərq ola bilər" .

Qeyd edək ki, bu taksidən istifadə edən sərnişinlər ödənişi POST-terminallar vasitəsilə də ödəyə bilir. Üç ay ərzində Bakıya yeni "London taksi"ləri gətiriləcək. Artıq bu taksilərin sifarişi verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ''Bakı Taksi Xidməti'' MMC Bakıya nümunə olaraq müasir standartlara cavab verən 1 ədəd "London taksi"si gətirib.

Xəbər lenti
0